Yığmanın heyəti açıqlandı
23.08.2022 , 17:23
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının İranın Yazd şəhərində təlim-məşq toplanışı başlayıb.
Korner.az xəbər verir ki, avqustun 26-dək davam edəcək hazırlıq prosesində millimiz üç yoldaşlıq oyunu keçirəcək.
Komandamız biri bu gün olmaqla 24 və 25 avqust tarixlərində İran yığması ilə daha iki yoldaşlıq oyununda üz-üzə gələcək. Toplanışda iştirak edən futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Amid Nəzərov
Orxan Məmmədov
Fuad Hüseynov
Emin Mehdiyev
Kamil Hüseynov
Bayram Paşazadə
İsa Zeynalli
Hüseyn Axundov
Sabir Allahquliyev
Tural Qurbatov
Ramil Əliyev