Daha bir stadion FIFA sertifikatına layiq görüldü
23.08.2022 , 18:37

Tovuz şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FIFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
FIFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.
Daha əvvəl Şamaxı şəhər stadionu və “ASCO Arena” bu sertifikata layiq görülüb.
