Özil “Qarabağ”ın qonağı olub
11.10.2024 , 20:30

Almaniya millisinin Türkiyə əsilli sabiq futbolçusu Mesut Özil Bakıdakı “Azərsun Arena”da azyaşlılarla futbol oynayıb.
Korner.az xəbər verir ki, “Ulduz” Futbol Akademiyasının və “Qarabağ”ın oyunçuları keçmiş yarımmüdafiəçi ilə meydana çıxıblar.
Daha sonra Mesut Özil “Qarabağ”ın vitse-prezidenti Fevzihan Aras, Baş direktor Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərovla görüşüb. Qonaqlara Ağdam klubunun forması təqdim edilib.
Qeyd edək ki, Mesut Özil Azərbaycanda akademiya açmaq istədiyini bildirib.
