Milli Şimali İrlandiyaya məğlub oldu
12.10.2024 , 20:00

Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün 9-cu tur oyununa çıxıb.
Korner.az xəbər verir ki, yığma Ballimena şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“The Showgrounds” stadionunda keçirilən görüş millimizin məğlubiyyəti ilə bitib.
F qrupu
12 oktyabr
18:00. Şimali İrlandiya U-21 – Azərbaycan U-21 – 5:0
Baş hakim: Heini Ziskason Vidoy, Dan Petur Pauli Hoyqaard, Yan Hermansen, Byarki Danielsen (Farer adaları)
“The Showgrounds” stadionu
