“Benfika”dan “Liverpul”a?
11.10.2024 , 13:20

“Benfika”nın futbolçusu Orkun Kökçü klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, İngiltərə nəhənginin transfer hədəfinə düşüb.
Futbolçunun xidmətində “Liverpul” maraqlıdır.
Mersisayd təmsilçisinin türk yarımmüdafiəçini transfer edəcəyi gözlənilir.
“Benfika” bu keçidə görə, 23 yaşlı futbolçu üçün 80 milyon avro tələb edir.
Mina Musayeva
