Avropa Liqası: “Çelsi” “Dinamo”, “Arsenal” “Renn” ilə qarşılaşacaq
22.02.2019 , 16:13
Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Matc.az saytının məlumatına görə, mərasim UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Bakı vaxtı ilə saat 16:00-da başlayan püşkatma mərasimində yoluna davam edən 16 komandanın rəqibi bəlli olub.
1/8 finalın cütlükləri
“Çelsi” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna)
“Ayntraxt” (Almaniya) – “İnter” (İtaliya)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Benfika” (Portuqaliya)
“Napoli” (İtaliya) – “Zalsburq” (Avstriya)
“Valensiya” (İspaniya) – “Krasnodar” (Rusiya)
1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.