“Qarabağ”la “Neftçi” qalib gəldi, “Kəpəz” yenə uduzdu
22.02.2019 , 17:33
Azərbaycan I Divizionunda 16-cı turun oyunlarına yekun vurulub.
“Neftçi-2” səfərdə “Turan Tovuz”u 5:1 hesabı ilə darmadağın edib. “Qarabağ-2” “Şüvəlan”a şans verməyib – 3:1. “Kəpəz” evdə “Zaqatala”ya uduzub – 1:2.
I Divizion
XVI tur
“Səbail-2” – “Keşlə-2” – 2:1
Qollar: Xəzər Mahmudov, 33, Aslan Hüseynov, 82 (pen.) – Emin Quliyev, 12
“Şüvəlan” – “Qarabağ-2” – 1:3
Qollar: Azər İsmayılov, 77 – İsmayıl İbrahimli, 27, Musa Qurbanlı 59, 72
“Turan Tovuz” – “Neftçi-2” – 1:5
Qollar: Sənan Qocayev, 61 – Elvin İmanlı, 25, 53, Nihad Qurbanlı, 33, Muxtar Əliyev, 63, Elnur Süleymanov, 76
Qırmızı vərəqə: Rəhman Daşdəmirov, 86 (“Neftçi-2”)
“Kəpəz” – “Zaqatala” – 1:2
Qollar: Eltac Mirzəyev, 29 – Kamal Dənziyev, 12, Fuad Bayramov, 85