“Mançester Yunayted”in gənc futbolçusu Adnan Yanuzay karyerasını Fransada davam etdirə bilərdi.
Korner.az-ın məlumatına görə, buna baş məşqçi Lui van Qal izn verməyib. Belə ki, belçikalı futbolçunun agenti PSJ-nin rəsmi təklif göndərdiyini qeyd edib:
“Yanuzay PSJ-yə keçəcəkdi, amma van Qal izn vermədi. Fransız klubu “Mançester Yunayted”ə rəsmi təklif göndərmişdi”