İtaliyanın “Milan” növbəti transferini həyata keçirib.
Korner.az-ın məlumatına görə, bu xəbər italyan mətbuatında yer alıb. “Roma”nın hücumçusu Mattia Destro bu mövsümün sonuna qədər Milan təmsilçisində icarə əsasında oynayacaq.
Bu transfer “Milan”a 700 min avroya başa gəlib. İtaliya klubu 15 milyon avro ödəyib M.Destronu birdəfəlik də ala bilər.