Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Xəzər Lənkəran"ın rəqibi məlum olub. Korner.az-ın məlumatına görə, Nyonda baş tutan püşaktam mərasimində Estoniyanın “Nomme Kalyu” klubu Cənub təsmilçisinə rəqib olub.
"Ağ yaşıllar"ın rəqibi 1922-ci ildə yaradılsa da sonradan klub fəaliyyətini dayandırıb. Sonradan 1997-ci ildə yenidən fəaliyyətini bərpa edən "Nomme Kalyu" ötən mövsüm Estoniya çempionatını 2-ci pillədə başa vurub. Hazırda isə 15 turdan sonra turnir cədvəlinə başçılıq edir. “Nomme Kalyu” ev oyunlarını Tallindəki 5 min azarkeş tutumlu Kadrioru stadionunda keçirir.
"Xəzər Lənkəran"ın rəqibini 45 yaşlı baş məşqçi İqor Prinsdi çalışdırır.