Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi"nin rəqibi artıq bəllidi. Korner.az-ın məlumatına görə, püşk Gürcüstan çempionunu "ağ qaralar"a rəqib etdi. Mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq Azərbaycan çempionu ilk oyununu doğma azarkeşlər önündə keçirəcək.
Gürcüstan çempionu olan "Zestafoni" 2004-cü ildə eyni adlı şəhərdə təsis olunub. Komanda əvvəllər isə "Metallurq" adı ilə çıxış edib. 2004-cü ildə yenidən güclülər dəstəsinə çıxan komanda 3 mövsüm 4-5-ci yerləri tutandan sonra – 2007-2008 mövsümündə bürünc medal qazanıb.
Komanda ev oyunlarını 4558 azarkeş tutumu olan David Abaşidze adına stadionda keçirir. "Zestafoni"nin baş məşqçisi yerli mütəxəssis – 32 yaşlı Giorgi Çiabrişvilidi.
2009/10 mövsümündə yenidən bürünc mükafata sahib olan zestafonililər son 2 mövsümdə – 2010/11 və 2011/12 mövsümlərində çempion adını da əldə edib. “Neftçi”nin rəqibi ev oyunlarını David Abaşidze adına 4100 tamaşaçı tutan arenada keçirir. Maraqlıdır ki, hər 2 komanda ardıcıl 2 ildir çempion titulunu qazanır.
Ardıcıl 6-cı dəfə avrokuboklarda oynayacaq “Zestafoni” yalnız ilk 2 cəhddə mərhələ keçə bilməyib. Əvəzində 2009/10 mövsümündə 1, növbəti cəhddə 2 mərhələ keçən komanda Avropa Liqasında irəliləyişə nail olub. Son mövsümdə isə Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova “Daçiya”sını keçən komanda (3:0, 0:2), Avstriya “Şturm”una uduzub – 1:1, 0:2. Bundan sonra Avropa Liqasının IV təsnifat mərhələsinə düşən komanda gürcülər Belçika “Brügge”si ilə də heç-heçə edə bilib. Lakin 1 heç-heçə qrupa düşməyə kifayət etməyib – 3:3, 0:2.
Qeyd edək ki, klubun prezidenti İlia Kokaya, komandanın baş məşqçisi isə Giorgi Çiabrişvilidir.
