Avropa Liqasında "Xəzər Lənkəran" və "İnter" rəqibləri olan "Nomme Kalyu" və "Trans" klubları Estoniya çempionatında 16-cı turun oyunlarına çıxıblar. Korner.az-ın məlumatına görə, 15 turdan sonra turnir cədvəlinə başçılıq edən Cənub təmsilçisinin rəqibi bu turda da xal itirməyib. "Nomme Kalyu" "Kuressaare" ilə oyunda 3 xalı iki qolla qazanıb. İlk hissədə qapılara qol vurulmasada ikinci yarıda meydan sahibləri 60 və 66-cı dəqiqələr ərzində iki top vuraraq liderliyini möhkəmlədib.
"İnter"in rəqibi "Trans" klubu isə bu ölkənin ən köklü klublarından olan "Levadiya" ilə bacarmayıb. İlk hissəyə üstün yollanan "bankirlər"in rəqibi, ikinci hissədə qapısından iki top buraxaraq məğlub olub – 1:2.
Qeyd edək ki, "Trans" isə 14 oyundan sonra 15 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.