Ötən gün Avropa Liqasının birinci təsnifat mərhələsində "Xəzər Lənkəran"ın potensial rəqibləri qarşılaşıb. Korner.az-ın məlumatına görə, Polşada Lex Qazaxıstanın "Jetusi" klubunu qonaq edib. İlk hissəsi qolsuz bitən oyunun ikinci yarısında iki qol vuran polyaklar səfər meydanına rahat bir hesabla yollana bilərlər.
Qeyd edək ki, "Xəzər Lənkəran" "Nomme Kalyu" səddini keçə bilsə "Lex" – "Jetusi" cütünün qalibi ilə oynayacaq.
