""Nomme Klayu" öncəsi komandada ab-hava yüksək dərəcədir". Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun icraçı-direktoru Höccət Hacıyev deyib.
Klub rəsmisi bugünə olan bilet satışından danışaraq, azarkeşlərdən möhtəşəm dəstək gözlədiyini vurğulayb:
"Bu gün səhər saat 10-a kimi 5000 min bilet satılıb. Nəzər alsaq ki, oyun günü bilet satışı daha çox olur onda stadion bu gün tam dolu olacaq. Biz artıq bilet satışında 40 %-i keçmişik. Azarkeşlərmizdən möhtəşəm dəstək gözləyirik. Onlar komandamıza gözəl dəstəklərini verməklə qələbəsinə kömək etmiş olacaqlar".
Sonda Hacıyev klub sahibi Mübariz Mənsimovun matçı canlı deyil televiziya vasitəsi ilə izləyəcəyini də bildirib:
"Mübariz Mənsimov oyunu canlı deyil, televiziya vasitəsi ilə izləyəcək. Çünki səfərdə işləri olduğuna görə, bura gələ bilməyib. Lakin buna baxmayaraq M.Mənsimov komandamızın səfər oyununu izləyəcək".
