Hazırlıqlarını davam etdirən "Qarabağ"ın Qızılcahamamdakı düşərgəsinə daha bir yeni futbolçu qoşulub. Korner.az-ın məlumatına görə, bu braziliyalı futbolçu Riçard Almeyda de Oliveyradı.
Ağdam təmsilçisi pleymekerlə qısa zamanda müqavilə bağlayacağı bildirilir.
Qeyd edək ki, 1989-cu ilin 20 martında San Pauloda dünyaya gələn Riçard 2010-cu ildə Braziliyanın “Santo Andre” klubunda 4 oyun keçirib. 2010-cu ildə Portuqaliyanın “Jil Visente” klubuna keçən futbolçu komandanın əsas oyunçusuna çevirilib. Belə ki, o, 2010-2011 və 2011-2012 Portuqaliya klubunda 57 oyun keçirib. bu müddətdə 6 qol vuran Riçard 9 sarı vərəqə alıb.
