"Xəzər Lənkəran" ilk transfrini rəsmiləşdirib. Korner.az-ın klubdan əldə etdiyi məlumata görə, Mirça Rednikin rəhbərliyi altında "Xəzər Lənkəran"da forma geyinmiş və hal-hazırda Buxarest "Dinamo"sunda oynayan Manuel Skarlatakenin keçidi böyük ölçüdə həll olunub.
Xatırladaq ki, Manuel Skarlatake ötən ilin qışında da “Xəzər Lənkəran”a gəlmişdi. O, yarım mövsüm cənub təmsilçisində oynadıqdan sonra “Dinamo”ya qayıtmışdı.