"Julius Vobayın "Neftçi"yə keçməsindən xəbərimiz var. Mənə maraqlıdır ki, FİFA onu Misir klubundan qaytarır bizə verir, lakin AFFA başqa qərar çıxarır. Belə çıxır ki, AFFA FİFA-ya tabe deyil və müstəqil, ayrı bir qurumdu". Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun icraçı direktoru Höccət Hacıyev məlumat verib.
Klub rəsmisi komandanın transferlərindən danışarkən bunları deyib:
"Skarlatakenin məsələsi həll olundu. Lakin komandamıza Rumıniyadan yanaşı Braziliyadan da futbolçular qoşulacaq. Onu deyə bilərəm ki, bu dəfə Avropada oynayan oyunçulara daha çox diqqət ayırmışıq. Nəzərdə tutulan futboçular məşqlərdə özlərini göstərə bilsələr, o zaman "Xəzər Lənkəran"a transfer oluna bilərlər".
