Premyer Liqanın bitimindən sonra istirahətə buraxılan "Xəzər Lənkəran"ın futbolçuları mayın 29-da toplanacaq. Korner.az-ın məlumatına görə, Cənub təmsilçisi iyun ayının 1-dən yay təlim-məşq toplanışını Avstriyada keçirəcək. Komandanın Avstriyada bir aya yaxın toplanışda olacağı gözlənilir.
Bu toplanışın tam dəqiq vaxtı isə "Xəzər Lənkəran"ın Avroliqanın ilkin təsnifat mərhələsində ilk oyununu evdə və yaxud səfərdə keçirməsindən asılı olacaq. Yunis Hüseynovun rəhbərlik etdiyi komanda bu toplanış çərçivəsində azı 5 yoxlama görüşü keçirtməyi planlaşdırır.
