Bu gün Bakı Tennis Akademiyasının İdman Kompleksində yanğın olub. Korner.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Binəqədi rayonundakı kompleksin 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m olan sauna otağının lambirin və taxtadan ibarət üzlükləri 12 kv.m sahədə yanıb.
Saunanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
