Premyer Liqanın XXXI turu çərçivəsində may ayının 5-də “Xəzər Lənkəran” komandası “Fırtınalar meydanı”nda “Qəbələ” klubunu qəbul edəcək. Korner.az-ın məlumatına görə, bu qarşılaşma cütlüyün tarixində 18-ci olacaq. Komanda indiyə qədər “Qəbələ” ilə 17-oyunda üz-üzə gəlib ki, bunlardan 11-də qələbə qazandığı halda 3-görüşü heç-heçə bitirib. İndiyə qədər cəmi 3-oyunda cənublular “Qəbələ”yə məğlub olub. “Xəzər Lənkəran” (o vaxtlar “Gilan” adlanan) “Qəbələ” klubunun üzərində 2006/07 mövsümündə səfərdə qazandığı qələbə hesabına ilk çempionluq sevincini yaşamışdır.
Qeyd edək ki, “Qəbələ” ilə keçiriləcək qarşılaşma “Xəzər Lənkəran”ın tarixində 300-cü oyunu olacaq.
Top fərqi : “Xəzər Lənkəran” – “Qəbələ” 29: 13
“Xəzər Lənkəran”ın “Qəbələ” ilə bütün oyunlarının nəticələri:
2006/07 mövsümü
“Xəzər Lənkəran” – “Gilan” -4:0
“Gilan” – “Xəzər Lənkəran”-0:3
2007/08 mövsümü
“Xəzər Lənkəran” – “Qəbələ”-2:1
“Qəbələ” – “Xəzər Lənkəran”-1:1
2007/08 Azərbaycan kuboku, yarımfinal mərhələsi
“Qəbələ” – “Xəzər Lənkəran”-1:3
“Xəzər Lənkəran” – “Qəbələ”-1:1
2008/09 mövsümü
“Qəbələ” – “Xəzər Lənkəran” -0:1
“Xəzər Lənkəran” – “Qəbələ”-1:2
2009/10 mövsümü təsnifat mərhələsi.
“Qəbələ” – “Xəzər Lənkəran”-1:1
“Xəzər Lənkəran” – “Qəbələ” -1:0
2009/10 mövsümü final mərhələsi.
“Xəzər Lənkəran” – “Qəbələ” -4:1
“Qəbələ” – “Xəzər Lənkəran”-1:2
2010/11 mövsümü təsnifat mərhələsi.
“Xəzər Lənkəran”-“Qəbələ” -1:0
“Qəbələ” – “Xəzər Lənkəran”-1:0
2011/12 mövsümü təsnifat mərhələsi.
“Xəzər Lənkəran” – “Qəbələ” -2:1
“Qəbələ” – “Xəzər Lənkəran”- 2:1
2011/12 mövsümü final mərhələsi.
“Qəbələ” – “Xəzər Lənkəran”- 0:1
“Xəzər Lənkəran” – “Qəbələ” – ?:?
12cioyuncu.info
