17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş «Prezident kuboku» turnirində qrupda son oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 12:00-da başlayacaq matçda millimiz İran yığması ilə qarşılaşacaq
Xatırladaq ki, bundan öncəki görüşlərdə milli komandamız Gürcüstan və Türkiyəni məğlubiyyətə uğradıb
