“Mən “Lokomotiv”lə oyundan sonra istefa verdiyimi açıqladım. Əlbəttə ki, işləmək yaxşıdır. Amma bu şəraitdə işləmək çox çətindir. Futbolçu yoxdur, təlim-məşq toplanışı keçməmişik. Bu şəraitdə nə etmək olar? Komanda ardıcıl 5 oyunda nəticə qazana bilmir. Ən yaxşısı getməkdir. Bəlkə, məndən sonra gələn nəsə etsin”.
Korner.az-ın məlumatıına görə, bu sözləri Azərbaycan birinci divizionunda mübarizə aparan “Kəpəz” klubunun baş məşqçisi Vidadi Rzayev deyib.
“Lokomotiv”ə 2:3 hesablı məğlubiyyətdən sonra istefa verən Rzayev bildirib ki, klub prezidenti Mehman Allahverdiyevlə hələ görüşməyib:
“Mənim Mehman müəllimlə görüşüm hələ baş tutmayıb. Bundan sonra hər şey dəqiqləşəcək. Amma istefa vermişəm və yenə sözümün üstündə dururam ki, işləmək çətindir”.
xemsefans.com
