"Qurban müəllimlə razı deyiləm ki, biz qat-qat üstün oynadıq. Ən baxımlı oyun göstərən komandaya qarşı oynadıq. Onları yaxşı təhlil etmişdik".
Korner.az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov "Qarabağ" üzərindəki 6:2-lik qələbəni şərh edərkən deyib.
"Təyyarəçilərin" çalışdırıcısı Qurban Qurbanova məsləhətdə verdi:
"Heç kim bu nəticəni gözləmirdi. "Qarabağ" hələ sözünü deyəcək. Məncə, Qurban müəlllim getməklə bağlı tələsik qərar verməməlidi. Çempionatda rəqabət güclənib. Oyuna nəzarət və topla oynamaq məsələsində "Qarabağ"dan öyrənəcəyimiz şeylər var".
