Üzgüçümüz dünya çempionu oldu
03.08.2023 , 23:55

Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, paralimpiya çempionu 100 metr məsafəyə brass növündə 1:07.08 saniyə nəticə göstərərək birinci olub.
İsrafilov bununla da Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
