“Neftçi” növbəti mərhələdə
03.08.2023 , 23:04

Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Korner.az xəbər verir ki, “Neftçi” ikinci görüşdə “Jelezniçar”ı (Bosniya və Herseqovina) qəbul edib.
Görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə bitib. Bununla da “ağ-qaralar” növbəti mərhələyə yüksəlib.
Komandalar arasındakı ilk oyunda bərabərlik qeydə alınıb – 2:2.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
3 avqust
21:00 Neftçi – Jelezniçar (Bosniya və Herseqovina) – 2:0
İlk oyun – 2:2
