Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində təmsilçimiz “Araz” bu gün ilk oyununu keçirib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Macarıstanın Dyor şəhərində keçirilmiş qarşılaşmada “Araz” İrlandiyanın IED komandasını Vitali Borisovun vurduğu qollar sayəsində 2:1 hesabı ilə məğlub edib.
Təmsilçimiz növbəti oyununu sentyabrın 6-da, Bakı vaxtı ilə saat 19:30-da, Hollandiyanın “Eyndhoven” klubuna qarşı keçirəcək.
