big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Qaralama (YAZI)

06.09.2012 , 03:34

İdman jurnalistikamızda heç nə dəyişməyib. Yenə həmin hamamda həmin taslardı, həmin aftafatutanlardı və elə həmin adamlar çimişməkdədilər. Halbuki 3 illik dövlət məmurluğunu başa vurub yenidən “yuva”ya qayıdanda nisbətən yaxşı mənzərə görəcəyimi düşünürdüm. Qərəz, başqasının sözünü öz imzanla demək adəti 3 bundan əvvəl də var idi. Ancaq onda düşünürdüm ki, idman mətbuatının o gündə olmasının əsas səbəbi maddi çətinlikdi, hərə evinə bir cür çörək aparır axı… Heyhat. İdman profilli 54 KİV-in (sayt, qəzet, tv, jurnal..!) olduğu bu məmləkətin idman mətbuatında vəziyyət indi daha ağırdı.

…Çox yox, ilyarım bundan əvvəl "korner.az"la əməkdaşlıq etmək üçün jurnalist axtarışına çıxanda məlum oldu ki, daha bu ölkədə idman yazarı yoxdu, “məmə” deyəndən “pəpə” yeyənə qədər, hamı redaktordu. Və çarəsiz qalıb jurnalistikada 1 ayını yenicə tamamlayan Səxavətlə anlaşdıq. Sonra onun kimi heç bir təcrübəsi olmayan daha iki nəfəri yanımıza aldıq. Bu uşaqlar təkcə yazmağı yox, həm də şərəfli olmağı, heç kimin qulbeçəsi olmamağı, satmamağı və satılmamağı, ədalətli olmağı, haqqı müdafiə etməyi, qərəzçilikdən uzaq durmağı öyrənəcəklər…

…Dövlət qurumunda mətbuatla birbaşa məsul vəzifədə olduğum üç il ərzində apardığım müşahidələrə, şahidi olduğum faktlara əsaslanıb deyirəm: idman mətbuatımız ictimai-siyasi mətbuatdan azı 10 dəfə aşağı səviyyədədi. Vaxt vardı, “futbolumuz necədisə, idman jurnalistikamız da o gündədi” deyirdilər. İnanmaq çətindi bəlkə, amma son 1 aydakı müşahidələrim bu deyimi yalanlayır. Düşünməyin ki, futbolumuzun inkişaf etdiyi iddiasındayam. Tam əksinə, ilbəil geriləyirik. Amma futbolumuz bir addım geri gedəndə jurnalistikamız 2-3, bəlkə də daha çox addım geriləyir. Hərə əlinə bir sayt, bir qəzet alıb və “güllə” olub “tüfənglərə” girib, lazım olan kimi “atəş” açılır və sonra… Və sonra yenidən istifadəyə yararlı hala gətirilmək üçün emal olunan “giliz”ə çevrilir…

… Həmkarlarımın idman jurnalistikasından klublara məsul işə keçmələrinə həmişə sevinmişəm. Düşünmüşəm ki, ən azı bizim yaşadığımızı yaşayan bu insanlar artıq özləri üçün “keçmiş” olan bizləri getdikləri klubda müdafiə edərlər, bizim burdan edə bilmədiyimizi orda edərlər. Və hamısı olmasa da, çoxu öz işiylə “halal olsun”u haqq edib. Biz nə edirik? O uşaqları qorumaqdansa, onların o postlarda daha da möhkəmlənmələrinə çalışmaqdansa ləkələyirik…

…Gündüz Abbaszadəni “Bakı”yla “Birlik kuboku” üçün Moskvaya gedəndə tanıdım. Məsəl var, adamı səfərdə tanıyarlar. Mətbuatın geniş yayılmış xəstəliyidi: qəzetçilər televiziyaçıları, televiziyonçular da qəzet jurnalistlərini bəyənməzlər. Hərə öz prizmasından qarşı tərəfi yekəxana görər. Amma o səfər kifayət etdi ki, Gündüz barəsində təəssüratım tam formalaşsın. İndi mətbuatdan ayrılıb, amma yenə də idman mediası üçün nəsə etməyə çalışır. “Neftçi”nin bu il avrokuboklarda çıxışa başlamasıyla Gündüz yeni postunda ilk “imtahan”ından uğurla keçdi. Jurnalistlərin həm oyundan bir gün əvvəlki mətbuat konfransını, həm də qarşılaşmanı işıqlandırmaları üçün oyunun keçirildiyi “Dalğa Arena”ya aparılmaları və gecə saatlarında hamısının qapılarına qədər ötürülmələri, ev oyunlarının fasilələrində jurnalistlər üçün şirniyyat süfrəsinin açılması, müvafiq vaxt ərzində akkreditasiya üçün müraciət etməyən bəzi məsuliyyətsiz həmkarlarımızın da akkreditasiya ilə təmin edilməsi, bir qrup jurnalistin klubun hesabına Gürcüstana, Kiprə ezam olunması… İllərdi AFFA-nın, klubların diqqətsizliyindən şikayətlənən bizim cameə üçün yenilik olan bu kimi işlər yekunda “Neftçi”nin adına yazılır, ancaq təşəbbüsündən tutmuş, təşkilatçılığına qədər hamısı Gündüzün əməyi deyildimi? Bu, hər birimizi sevindirməlidi, əslində. Amma gəl gör ki, “badalaq vurmaq” şakərindən əl çəkə bilmirik. Rəhbərini çox yaxşı tanıdığım qəzetdə Gündüz Abbaszadə haqqında yazılan məqaləni oxuyanda buna bir daha əmin oldum. Əmin oldum ki, biz heç vaxt güc ola bilməyəcəyik…

…Nəymiş? Gündüz “Neftçi”nin Avroliqadakı uğurunu öz adına çıxırmış. Bəy, axı sən illərdi bu cameədə olan adamsan və çox yaxşı bilirsən ki, bu “mətbəx”də qazanılan ən xırda uğur da həmişə birinci şəxsin (klub prezidentinin) adıyla bağlıdı, uğursuzluq isə hamının. İddianın bu qədər absurdu olmaz, a bəy…

…Nəymiş? Gündüz nə vaxtsa Tahir Süleymanovun ona hədiyyə etdiyi “Neftçi” bayrağıyla avtomobilinin təkərini silibmiş. Nəymiş? Gündüz redaksiyaya gedib yalvarırmış. Nəymiş? Vaxtilə “Xəzər Lənkəran”la nəfəs alırmış, indi “Neftçi”də işləməməliymiş. Nəymiş? “Mən ölərəm, “Neftçi”li olmaram” – deyibmiş. Nəymiş? Gündüz ANS-də işləyə-işləyə klublardan maaş alırmış…
əhşətə gəlinəsi iddialardı bunlar, “arkadaş”. Və bunları sadaladıqca hər birinin qarşısına “guya”lar artıra bilərdim. Çünki az-çox tanıdığım Gündüzün o "əxlaq"da insan olduğunu düşünmürəm. Və həm də  məqsədim sənin iddialarını yalanlamaq deyil. Bunu istərsə, Gündüz özü edər. Məqsədim başqadı…

…Tutaq ki, bütün bunlar olub və bütün yazdıqların düzdü. Sən bunu mətbuata çıxarmaqla nəyə, yaxud kimə xidmət etdin? Nə qazandı bundan sənin oxucun? Axı qəzet oxucu üçün satışa çıxır. Ümumiyyətlə, sənin oxucuna Gündüzün kimliyi, əvvəllər nələr etdiyi maraqlıdımı? Şəxsən mənə oxucu kimi bu dəqiqə Gündüzün keçmişi yox, daha aktual mövzular, məsələn, “Neftçi”nin qrup mərhələsindəki taleyi maraqlıdı. Sən mənə onun rəqiblərindən danışmalısan, komandanın özünün vəziyyətindən danışmalısan, qrupda daha çox xal toplamaq üçün nələrin edilməli olduğundan danışmalısan,  məntiqlə… Yox, əgər bu yazını sırf öz hikkəni tökmək üçün yazmısansa, bunun bircə adı var: şinelini əyninə keçirtdiyin jurnalistikaya xəyanət! Qəzet səhifəsi sənin meydanın deyil ki, istədiyinlə dava edəsən…
Hər şeyi qoydum bir qırağa. İkilikdə olan söhbətləri ictimailəşdirmək, keçmişdə şahidi olduqlarını silaha çevirmək hansı kitabda yazılıb? Bu cameə o qədər kiçikdi ki, hamı bir-birini yaxşı tanıyır. Nə edək, duraq "kirli çamaşırları" çıxaraq ortaya?

P.S. Yazının elektron variantının Gündüzün sələfinə məxsus olduğu söylənilən saytda yayılması da təsadüf deyil, əlbət…

P.P.S. Allahınızı sevərsiz, kimə istəyirsiz, sataşın. Bircə aramızdan vəzifəyə gedənlərə dəyməyin. Jurnalistin keçmiş həmkarını “vurması” bilirsizmi “yuxarılar”da necə gülüşlə qarşılanır? Camaatı üstümüzə güldürməyin, Allahınızı sevərsiz…

Saleh Arslan

Son yazılar

To Top