UEFA iki klubumuza pul ayırdı
13.12.2018 , 13:39

Azərbaycanın “Zirə” və “Qəbələ” klublarına UEFA tərəfindən vəsait ayrılıb
UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən gerçəkləşib.
AFFA-nın vasitəçiliyi ilə Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş “Zirə”nin 25 min 10 avro, “Qəbələ”nin 26 min 140 avro hesablarına köçürülüb.
