UEFA-nın bu gün keçirilmiş konqresində yenidən prezident seçilən Mişel Platininin ilk işi vitse-prezident Şenes Erziki postundan göndərmək olacaq.
Korner.az-ın “Fanatik”ə istinadən məlumatına görə, prezident seçkilərindən sonra Şenes Erzikin UEFA vitse-prezidenti olduğu müddətdə göstərdiyi xidmətlərin əks olunduğu slayd nümayiş etdirilib.
Erzikin yaxın saatlarda vida nitqi üçün kürsüyə çıxacağı gözlənilir.