UEFA Malta yığmasının 31 yaşlı yarımmüdafiəçisi Kevin Sammutu 10 il müddətinə diskvalifikasiya edib. Korner.az-ın məlumatına görə, onun Xorvatiyalı bukmeker kontoru ilə əlbir olmaqda şübhələrlə bağlıdır. İddialara görə,Kevin 2008-ci il Avropa çempionatının seçmə mərhələsində Norveçin Maltaya 4:0 hesabı ilə qalib gəldiyi oyunun danışılmış olmağının təşkilinə yardımçı olub. Onda norveçlilər 3 qolu sonda vurub, Sammut isə fasilədə əvəzlənib. Futbolçu özü bu deyilənləri inkar edir. Bununla bağlı apelyasiya məhkəməsinə də müraciət edə bilər. Hələliksə UEFA maltalıya 10 il istənilən futbol fəaliyyəti, o cümlədən məşqçilik və agentliklə məşğul olmağı qadağa qoyub.
