Moldovada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək. Korner.az– ın AFFA-nın saytına istinadən məlumatına görə, yığmamız Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
