İrlandiyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. KOrner.az- ın AFFA-nın rəami saytına istinadən məlumatına görə, İrlandiyanın U-17 yığması ilə qarşılaşan komandamız 0:3 hesabı ilə məğlub olub.
Avqustun 30-da, Bakı vaxtı ilə saat 16:00-da bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.
