Almaniya çempionatında "Hamburq"un formasını geyinən Hakan Çalhanoğlunun gələcək taleyi məlum deyil.
Korner.az-ın məlumatına görə, futbolçunun transferində israr edən "Bayer" (Leverkuzen) rəhbərliyi hələ də bu istəyindən vaz keçməyib.
"Bayer"in idman direktoru Rudi Völler açıqlamasında gənc futbolçunun olduqca perspektivli olduğunu vurğulamışdı.
Qeyd edək ki, gənc futbolçuya görə "Hamburq"a edilən təklif 12,5 milyon avro təşkil edir.