Ukrayna və Polşada sabah start götürəcək Avropa çempionatına təyinat alan türk hakim Cüneyt Çakırın idarə edəcəyi ilk oyun bəlli olub. Korner.az-ın məlumatına görə, meydan sahibi komandalardan Ukraynanın İsveçə qarşı baş tutacaq matçı Cüneyt Çakır idarə edəcək.
Qeyd edək ki, oyun iyun ayının 11-də baş tutacaq.
