Türkiyə Super Liqasında çempion olacaq klubla Avropa Liqasına yollanacaq komandaların adlarını müəyyənləşdirəcək oyunların təqvimi hazırdır.
Birinci həftədə "Fənərbağça" evdə "Trabzonspor"u qəbul edəcək.
"Qalatasaray" isə "Beşiktaş"ın qonağı olacaq.
Türkiyə Futbol Federasiyasından verilən açıqlama da belə olub: "Birinci həftə oynanılan qarşılaşmanın cavab oyunu beşinci, ikinci həftə oynanılan qarşılaşmanın cavab oyunu altıncı, üçüncü həftə oynanılan qarşılaşmanın cavab oyunu isə dördüncü həftə oynanılacaq".
Təqvim aşağıdakı kimidir:
1-ci tur – 14 aprel
"Beşiktaş" – "Qalatasaray"
15 aprel
"Fənərbağça" – "Trabzonspor"
2-ci tur – 21/22 aprel
"Qalatarsay" – "Fənərbağça"
"Trabsonspor" – "Beşiktaş"
3-cü tur – 28/29 aprel
"Trabzonspor" – "Qalatasaray"
"Fənərbağça" – "Beşiktaş"
4-cü tur – 2/3 may
"Qalatasaray" – "Trabzonspor"
"Beşiktaş" – "Fənərbağça"
5-ci tur – 5/6 may
"Trabzonspor" – "Fənərbağça"
"Qalatasaray" – "Beşiktaş"
6-cı tur – 12/13 may
"Fənərbağça" – "Qalatasaray"
"Beşiktaş" – "Trabsonspor"