Türkiyə millisinin və "Beşiktaş" klubunun qapıçısı Cenk Gören xəstaxanaya qaldırılıb. Korner.az-ın məlumatına görə, gənc qoliper ötən gün Avstriyada təlim-məşq toplantısı zamanı Gürcüstanla baş tutan yoldaşlıq görüşünün ikinci hissəsinin 60-cı dəqiqəsində zədələnib.
Oyundan dərhal sonra xəstaxanaya aparılan Cenkin beyninin sirkələdiyi aşkarlanıb.
