Türkiyə Futbol Federasiyasının Ankaradakı qərargahına silahlı hücum olub.
Korner.az-ın məlumatına görə, naməlum şəxs və ya şəxslərin gecə yarısı avtomobildən atəş açdıqları bildirilir.
Federasiyada gecələr heç kim işləmədiyindən, yaralanan olmayıb. Əvəzində güllələr pəncərələri dəlib.
Faktla əlaqədar cinayət işi qaldırılıb. Binanın təhlükəsizlik kameralarındakı görüntülərə əsasən araşdırmalar aparılır.