“Turan Tovuz”un oyununun biletləri satışa çıxarıldı
22.12.2023 , 16:40

Azərbaycan Premyer Liqasının XVIII turunda sabah keçiriləcək “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz. Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 23 dekabr tarixində, saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.
