Son 15 mövsümün rekordu
22.12.2023 , 16:36
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “İrəvan” – “Araz-Naxçıvan” qarşılaşması 10 qolun vurulması ilə əlamətdar olub.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, bu, ölkə kuboku tarixində 10 və ya daha çox qolun qeydə alındığı ümumilikdə 15-ci matçdır. 1992-ci ildən keçirilən yarışda bunadək 14 belə yüksək məhsuldarlıq yaşanıb.
Son 15 mövsümdə isə ilk dəfə bir qarşılaşmada 10 qol vurulub. Sonuncu belə məhsuldar görüş 2008/09 mövsümündə baş tutub. 2008-ci il oktyabrın 30-da “Bakı” “Qafqaz Universiteti”nin qapısından 10 cavabsız top keçirib.
Qeyd edək ki, “İrəvan” bu matçda 2:8 hesabı ilə məğlub olub.