Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Trans”-“İnter” qarşılaşması keçiriləcək.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rakvere şəhər stadionunda baş tutacaq matç tv.inter.az saytı vasitəsilə canlı yayımlanacaq.
Xatırladaq ki, görüş Bakı vaxtıyla saat 20.30-da başlayacaq.
