“Traktor” yenə xal itirdi
24.02.2022 , 11:13

İran çempionatında 19-cu turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Paykan”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 0:0. Komanda artıq doqquz oyundur qələbəyə həsrətdir.
“Traktor” 19 turdan sonra 15 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
