Ukrayna Premyer Liqası dayandırıldı
24.02.2022 , 12:10

Bu gün Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu bəyan edib.
Korner.az-ın məlumatına görə, bundan sonra Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsi Premyer Liqanın dayandırılmasına verib.
Hazırkı durumda “Şaxtyor” 47 xalla ilk pillədə qərarlaşıb. Ondan 2 xal az toplayan “Dinamo” isə 2-ci pillədədi.
Xatırladaq ki, çempionat qış fasiləsindən sonra fevralın 25-də bərpa olunmalı idi.
