“Traktorsazi” klubunun gənc futbolçusu dünyasını dəyişib.
Korner.az-ın məlumatına görə, bu haqda Təbriz təmsilçisinin rəsmi veb səhifəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, “Traktorsazi” futbol akademiyasının gənc yetirməsi Əli Əzizi keçirdiyi avtomobil qəzasında aldığı ağır xəsarətlərdən həyatla vidalaşıb.
