“Trabzonspor”un yeni hücumçu hədəfi
08.05.2024 , 15:54
“Trabzonspor”da yeni hədəf bölgələrdən biri hücumçudur.
Korner.az xəbər verir ki, klub bu mövqe üçün Loren Moronu gündəminə gətirib.
Təcrübəli ispan hücumçunun “Aris”lə 2025-ci ilə qədər müqaviləsi olsa da, futbolçu mövsümün sonunda komandadan ayrılacaq.
Bundan başqa, “Trabzonspor” Loren Moron üçün Arisə təxminən 3 milyon avroluq transfer haqqı ödəməyə hazırdır.
Bu mövsüm liqada 25 matça çıxan Loren Moron 14 qol vurub, 3 məhsuldar ötürmə edib.