“Trabzonspor”dan “Beşiktaş”a
11.05.2023 , 14:58
“Trabzonspor”da icarə əsasında çıxış edən Yusuf Yazıcı komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Futbolçunun karerasını “Beşiktaş”da davam etdirəcəyi gözlənilir.
Tərəflər arasında danışın olduğu və razılığın əldə olunduğu bildirilir.
“Lill”dən “Trabzonspor”a icarəyə verilən futbolçu bu mövsüm 20 oyuna çıxıb. 26 yaşlı futbolçu bu matçlarda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.