“Trabzonspor”da yeni transfer
21.07.2023 , 22:59

“Trabzonspor” heyətinə yeni futbolçu qatıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Super Liqa təmsilçisi “Varazdin”dən xorvatiyalı Tonio Tokliçi transfe redib.
23 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
