“Sabah”ın ev oyunu üçün bilet satışı başladı
21.07.2023 , 21:10

Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək “Sabah”ın ev oyununa bilet satışları başlayıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) – RFS (Latviya) qarşılaşmasının biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxıb.
“Sabah”ın avrokuboklarda ilk ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından, həmçinin “iticket”in satış məntəqələrindən əldə edə bilərlər.
“Iticket” satış məntəqələri: 28 mall, Gənclik mall, Heydər Əliyev sarayı, Azərbaycan kinoteatrının yanındakı kassa, Kontinental marketin yanındakı kassa (Nizami küçəsində), Bakı şəhərində yerləşən 1, 2, 3 və 4 saylı “Asan xidmət” mərkəzləri, həmçinin Sumqayıt şəhərində yerləşən “Asan xidmət” mərkəzi.
Qeyd edək ki, avqustun 3-də,“Bank Respublika Arena”da keçiriləcək “Sabah” – RFS matçı saat 20:00-da başlayacaq.
