Azərbaycan kubokunun 1/8 final mərhələsində “Şahdağ”ı məğlub edən “İnter” adını ¼ final mərhələsinə yazdırdı.
Korner.az-ın məlumatına görə, “Şahdağ”ın baş məşqçisi Telman Cavadov oyundan sonra fikirlərini bildirib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. “İnter” Premyer Liqanın güclü komandasıdır. Biz isə “Şahdağ”ın güclü komanda olması üçün çalışırıq. İnşallah, Premyer Liqada çıxış edəcəyik. Premyer Liqa klubu ilə I Divizion təmsilçisi arasında səviyyə fərqi hiss olunur”.
