Fransanın ev sahibliyi edəcəyi “Avro-2016″nın maskotunun adı açıqlanıb.
Korner.az-ın məlumatına görə, əynində Fransa millisinin forması və qırmızı plaş olan maskotun adı Super Viktordur.
107 min 790 azarkeşin iştirak etdiyi səsvermədə 51 min 781 səslə Super Viktor adı qalıb gəlib.
Qeyd edək ki, Avropa çempionatı 2016-ci il, 10 iyun-10 iyul tarixlərində keçiriləcək.
