"Bu gün "Neftçi" "Real"la 1/4 finalda qarşılaşan bir komandaya qarşı çıxış etdi. Lakin buna baxmayaraq komandamız APOEL-i küncə sıxışdırmışdı. Tək qapı oynadıq". Bu sözləri Korner.az-a "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib. Klub rəsmisi APOEL-lə keçirilən oyundan sonra (1:1) oyundan öncə polis və azarkeşlər arasında yaranmış çaxnaşmaya belə münasibət bildirib:
"Bu gün "Neftçi"yə düşmən kimi yanaşırlar. Polislər fanatlara imkan vermirdi. Biz sinəmizi önə verərək fanatlarımızı qoruduq.
"Neftçi" Azərbaycanın adından çıxış edir. Belə olmaz! Komandanı belə sındırmaq olmaz!"
